"Qadınlara toxunmaq günahdır, dostum" » AzNews.info -Xəbər portalı

"Qadınlara toxunmaq günahdır, dostum"

"Qadınlara toxunmaq günahdır, dostum"


Gənc bloqqer və yazar Vüsalə Mustafazadə "Qadınlar" adlı öz yeni şeirini paylaşıb.

AzNews.info sözügedilən şeiri oxucuları ilə bölüşür:


Gəl dostum sənə bu şəhərin qadınlarından danışım
Özü qırmızı paltarda, daxilində geyinmiş qaradan
Ümidlərini çoxdan torpağa basdırıb
Gözü yollarda qalan qadınlarından.
Gəl danışım içindəki sevgilərdən,
O sevgidə öldürüb, ruhu ilə dəfn etdiyi sevgililərdən,
Sevgisi özündən ağır, sevgisi çiyinlərinə yük olan qadınlarından.
Uzaqdan sevmək ən gözəlidir deyib özünü ovudanlarından danışım.
Gəl danışım bu şəhərin qadınlarının imtinalarından
Birinin ailəsindən, o birinin övladından, dostundan,
Yox, dilim gəlmir danışım sevgilisindən.
Ən yaxşı halda özündən imtinasından danışım.
Gəl mən sənə çarəsizliyini gizlədib, ayaqüstə dimdik duran,
Bütün kədərini bir sevinclə unudan,
Xəyanətləri belə görməzdən gələn qadınlarından danışım.
Gəl dostum danışım sənə
“Qadın ilk öncə anadır” cümləsindəki
Heç vaxt ana olmayan qadınlardan,
Övladına “analıq qayğısını”, sevgisini əsirgəyənlərdən.
Bax dostum bir də belə qadınları var bu şəhərin
Saçlarında qar bəyazını daşıyan,
Ürəyində payızın boz havasını daşıyıb gözlərində yağışını gizlədən,
Üzündə güllər açan qadınları.
Qadınlara toxunmaq günahdır, dostum
Hər qadın öz şəhərində, öz evində gözəldir.
Məncə sevəndən çox sevilən qadın daha gözəldir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *