Dolçe və Qabbanaya açılmış cinayət işi bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dolçe və Qabbanaya açılmış cinayət işi bağlandı

Dolçe və Qabbanaya açılmış cinayət işi bağlandı


Dünya şöhrətli dizaynerlər Dolçe və Qabannanı “Vergidən yayınma” üzrə açılmış cinayət işində nəhayət ki, günahsız biliblər.

ANS PRESS-in İnterfaks-a istinadən verdiyi məlumata görə, İtaliya Ali Kassasiya Məhkəməsi modelyerlərin üzərindən bütün ittihamlar tamamilə götürülüb və onların günahsız olduqları sübuta yetirilib.

Zərif İtaliya dəbini sevənlər üçün gözəl xəbərdir! Dolçe və Qabannanın pərəstişkarları hələ uzun müddət məşhur dizaynerlərin hazırladıqlarına sevinə bilərlər.

İtaliya Hüquq-mühafizə orqanları Domeniko Dolçe və Stefano Qabbananın ünvanına hələ 2013-cü ildə şübhələr irəli sürmüşdü (bu artıq neçənci dəfədir!).

Xatırladaq ki, Milanın birinci instansiya məhkəməsi keçən ilin iyununda onları günahkar bilərək hər birinə 8 aylıq həbs hökmü, hələ üstəlik 500 min avro həcmində cərimə cəzası vermişdi.

2014-cü ilin aprelində Milannın Appellasiya məhkəməsinin ittiham müddiası öz təsdiqini tapmış, müddət isə bir il altı aya kimi “uzaldılmışdı”
.
2014-cü ilin 24 oktyabrında keçirilən növbəti məhkəmə dinlənməsi modelyerlərin xeyrinə olub. İtaliya Ali Kassasiya Məhkəməsi onları birdəfəlik və qətiyyətlə günahsız bilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *