Bin Ladenin "sağ əli" bəraət aldı
İordaniya məhkəməsi terrorçuluqda ittiham olunan və Bin Ladenin "sağ əli" kimi tanınan şəxsə bəraət verib.
ANS PRESS-in məlumatına görə, İordaniyada turistlərə qarşı terror törətməkdə ittiham olunan Abu Katadanın günahları sübut olunmadığından məhkəmə ona bəraət verib.
Məhkəmə qərarından sonra şubhəlinin yaxınları sevinclərini "Allahu Əkbər" qışqırmaqla qeyd ediblər. Abu Katada isə göz yaşlarını saxlaya bilməyib.
Onun vəkili hökmü ədalətli adlandırıb.
Qeyd edək ki, Usama Bin Ladenin "sağ əli" adlanan Abu Katada 2013-cü ildə Britaniyadan deportasiya edilib.
Mənbə:> ANSPRESS