Daha iki kəndə ilk dəfə təbii qaz verildi
Bu gün Zərdab rayonunun Əlibəyli və Allahqulubağı kəndlərinə ilk dəfə təbii qaz verilib.
SOCAR-dan Oxu.Az-a daxil olan məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 161 abonenti olan Əlibəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 748 metrliik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 161 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Rayonun Allahqulubağı kəndinin 108 abonentinin qazlaşdırılması üçün isə 9493 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Mənbə:> Oxu.Az