Bizimkilər gəlir!!!
Neftin qiyməti aşağı düşür. Bu prosesin nə qədər və hansı həddə qədər çəkəcəyi hələ ki, bəlli deyil. Pessimistlərə görə, bu xəmir hələ çox su, ya da neft aparacaq. Bütün hallarda, iqtisadiyyatının əsas hissəsi neftə bağlı olan Azərbaycanın bu şəraitdə davranışından çox şey asılıdır. Gələn ilin dövlət büdcəsini hesablayarkən neftin barrelini 90 dollardan sayıblar. Baxmayaraq ki, son zamanlar qiymətin, hətta 90 dollardan da aşağı düşmə hallarına rast gəlirik.
Gələn ilin büdcəsini, gəlir və xərclərimizi hesablayarkən 90 üzərində dayanmağımızın real əsaslara malik olduğuna inanmaq istəyirəm və etiraf edirəm ki, hesabdarlarımızın ən dəqiq rəqəm üzərində dayandıqlarına şübhəm də var. Məsələn, büdcədə kəsir indi 1 milyard yarımdan artıqdır. Amma neft tutaq ki, 80 dollara düşsə kəsir bir az da artacaq. Ola bilsin ki, neftin qiyməti 80 dollardan da aşağı düşsün. O zaman neyləyəcəyik? Yəqin ki, Neft Fonduna müraciət etməli olacağıq. Çünki bunu etməyə vadar olduğumuz səbəblər var. İnfrastruktur layihələrini başa çatdırmaq lazımdır, necə deyərlər, ölkədə aparılan təmiri bitirmək gərəkdir. Bilirik ki, Neft Fonduna əl uzatmaq üçün tutarlı səbəblər olmalıdır. Bu fond gələcək nəsillərin portmanatındadır. Amma bu tikilən yeni xəstəxanalar, məktəblər, qurulan kanalizasiya sistemləri də elə gələcək nəsillər üçün deyil. Məgər bizim bu gün istifadə etdiymiz məktəblər, xəstəxanalar, metro stansiyaları, səkilər və yollar bir zamanlar gələcək nəsillər üçün, yəni bu günükü bizim üçün nəzərdə tutulmamışdı?.. Ona görə də prezident İlham Əliyevin infrastruktur layhilərinin icrasını gələn ilin sonuna qədər başa çatdırmaq niyyətinə tam haqq qazandırırıq. Ona görə də neftin qiymətini büdcəyə doxsan dollardan salan hesabdarlarımızı yaxşı anlıyırıq. Və çox inanmaq istəyirəm ki, onlardakı məlumatlar daha etibarlı və daha pozitivdir.
Bu həftə Norveçin “Statoil” şirkəti Xəzərdən getdi. “Statoil” hasilatın pay bölgüsünə uyğun olaraq “Şahdəniz”dəki payını Malayziyanın “Petronas” şirkətinə satdı. “Şahdəniz” layhiəsində 15,5, “Cənub” qaz boru xəttində 15,5 faizlik və Azərbaycanın qaz təchizatı şirkətindəki 12,4 faizlik payını “Petronas”a 2,25 milyard dollara satıb. “Statoil” aktivlərin satışından peşman deyil, bəlkə də məmnundur. “Statoil” getdi. Amma bizcə, burada daha çox siyasi səbəblər var. “Statoil” Norveçə məxsus bir şirkətdir və onun Azərbaycandakı fəaliyyəti təkcə özünün biznes maraqları ilə bağlı deyildi, həm də siyasi məzmun kəsb edirdi. Yadımıza salaq. Bir neçə il əvvəl Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Steynar Gil təmsi etdiyii dövlətin bizim ölkəmizdəki ifrat siyasi ilddia və aşırı maraqlarının da mücəssəməsi idi. Onun bütün diplomatik normaların əksinə olaraq Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri, iğtişaşlarda iştirakı, qatı radikal müxalifət nümayəndərini Norveçin Azərbaycandakı səirliyinin binasında gizlətməsi belə yadımızdadır. O zaman biz izinə düşdük ki, bu ifrat siyasi - ictimai fəallığın kökündə elə “Statoil”in daha çox əldə etmək marağı durur. Ona görə də bu gün "Ay aman qoymayın, xarici sərmayədarlar Azərbaycanı tərk etdi!" - deyə hay-şüvən salanların təlaşını artıq və yersiz sayırıq. Belə lap yaxşı oldu ki, getdi “Statoil”. "BP" olsaydı bu əlbəttə problem olardı. Norveçlər vaxtında başa düşdü ki, 15,5 faizlə heç kimin sözü keçmir.
Malayziya isə öz müsəlman ölkəmizdir. Məncə, bu ayrılma ideal ayrılıqdır ki, hər iki tərəf bundan yalnız razı qalmalıdır. “Statoil” daha yağlı, neftli yer axtarmağa getdi... Azərbaycan isə öz içindən siyasiləşmiş bir xarici şübhəli materiyanı çıxarıb atdı. İndi isə boş qalmayan müqəddəs yerin yeni sahibi barədə.
Beləliklə, Malayziyanın “Petronas Kariqalli” şirkəti. “Petronas Kariqalli”s bütünlüklə Malayziya hökümətinə məxsus olan iri neft şirkəti “Petronas”ın törəmə şirkətidir. 1996-ci ilin iyulunda “Petronas”la Türkmənistan arasında bir sıra yataqlarda - kəşfiyyat, axtarış və istehasalat işlərinin aparılması haqda 25 il müddətində istehsalat paylaşma sazişi imzalanıb. 2010-cu ilin oktyabrında “Petronas” Türkmənistana 3 milyard dollar investisiya yatırıb. “Petronas” 2010-cu ilin Türkmənistan Beynəlxalq Neft və Qaz konfransının bürünc sponsuru olub.
İndii Azərbaycanda iğtişaş sponsoru kimi məşhur olan “Statoil”i müsəlman qardaşımız olan Malayziyanın şirkəti əvəz edəcək. Bu, sadəcə əvəzləmə deyil. Nəhəng bir layihədə tərfdaşlıq etmə təbiətinin yeni məzmuna keçididir. Yəni əgər dünənədək başlıca məqsədi pul qazanmaq olan və bu yolda hər şeyin üstündən keçən subyektlər təmsil olunurdu. Bundan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Qarabağ məsələsində birmənalı olaraq dövlətimizin mövqeyini tutan ölkənin - Malayziyanın şirkəti ilə işləyəcəyik. O da Azərbaycan kimi marağındadır ki, Transxəzər kəməri çəkilsin. Bura artıq təkcə pul qazanmaq istəyənlərin deyil, həm də həmfikirlilərin birliyidir. Burda kiçik bir haşiyə çıxım.
Malayziyanın baş naziri Muhammad Nacib Tun Abdul Rəzzak ötən ayın 12-də Bakıya gəlmişdi. Onun təəssüratlarını xatırladıram.
“Əminəm ki, bizim ümumi irsimiz və oxşar dəyərlərimiz var. Biz haqq və ədalət uğrunda qətiyyətlə çıxış edən ölkəyik. Ona görə də həmişə Azərbaycanın mövqeylərini, xüsusilə onun ərazi bütövlüyünü müdafiə edirik. Haqq, ədalət sizin tərəfinizdədir və biz həmişə sizin tərəfinizdə olacağıq. Enerji və qaz sferası həmişə diqqət mərkəzində olacaq! Bildiyiniz kimi, Malayziya çirkətləri, o cümlədən “Petronas” bu sahədə böyük təcrübəyə malikdir. Düşünürəm ki, bu şirkət Azərbaycanla neft və qaz sahəsində fəal əməkdaşlıq edə bilər. Azərbaycan qazının Avropaya nəqli xüsusi strateji əhəmiyyətə malik məsələdir. Bu nöqteyi nəzərdən Azərbaycanın baxışları xüsusi əhəmiyyət daşıyır. Sizi əmin edirəm ki, Malayziya Azərbaycan üçün etibarlı tərəfdaş olacaq”.
Təsadüfən kiminsə yadında deyil: Norveçin rəhbəri Azərbaycanla bağlı nə vaxtsa belə bir çıxış edib? Məncə yox…
Mənbə:> ANSPRESS