Azərbaycan ərzaqlarını Rusiyaya buraxmadılar
Azərbaycanlı sərnişinlər “Pulkovo” aeroportunda ərzaqlarından məhrum olublar.
Oxu.Az “AİF”-ə istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Rusiya kənd təsərrüfatına nəzarət idarəsinin mətbuat xidməti bildirib.
“Əl baqajı”nın yoxlanılması zamanı ümumi həcmi 18 kq olan təzə meyvələr, tərəvəzlər və digər ərzaq malları aşkar edilib.
Ərzaq Rusiya kənd təsərrüfatına nəzarət idarəsinin icazəsi olmadan və lazımi müşayiət veterinar sənədləri olmadan ölkə ərazisinə gətirilmişdi.
Müsadirə edilmiş ərzaqlar zibil yandırılan sobada məhv ediləcək.
Mənbə:> Oxu.Az