İki oliqarxın şəxsi təyyarələri aeroportda toqquşdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

İki oliqarxın şəxsi təyyarələri aeroportda toqquşdu

İki oliqarxın şəxsi təyyarələri aeroportda toqquşdu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Forumun ikinci günündə - iyunun 19-da Pulkovo aeroportunda iki şəxsi təyyarə toqquşub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə aeroport nümayəndələri bildiriblər.

“Fontanka” portalına açıqlama verən aeroport nümayəndələrinin bildirdiyinə görə, uçuş zolağına düzlənərkən “Qutseriyev familiyalı vətəndaşa məxsus” “Bombardier Global Express” markalı təyyarə səhv manevr edib, xəttin kənarına çıxıb və “vətəndaş Kovalçuka məxsus” digər “Bombardier”i vurub.

İnsident nəticəsində heç kim xəsarət almayıb, təyyarələr yüngül zədələnib. Texniki baxışdan sonra hər iki təyyarə təyinatı üzrə uçub.

Məlum olub ki, təyyarələrdən biri “Russneft” şirkətinin sahibi, inquş əsilli neft maqnatı, milyarder Mixail Qutseriyevə, digəri isə “Rossiya” bankının sahibi, milyarder Mixail Kovalçuka məxsusdur. Kovalçuk və Qutseriyev forumda iştiraklarını həmin gün başa vurublar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *