Aeroportda döyüş başladı
Donetsk aeroportunda döyüş gedir.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynanın Anti-terror əməliyyat mərkəzinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, separatçılar hökümət qüvvələrinə əvvəl “Qrad”larla atəş açıb. Daha sonra atıcı silahdan və qumbaraatanlardan atəş açılmağa başlanıb:
"İndi döyüş yeni terminal ərazisində davam edir".
Ukrayna höküməti iddia edir ki, separatçılar bu gün 11 yaşayış məntəqəsini də atəşə tutub. Xüsusən Popasnı, Nikolayevka və Peskidə vəziyət daha gərgindir. Ukrayna ordusunun artilleriyası cavab atəşi açmağa məcbur qalıb.
Mənbə:> ANSPRESS