Neftin qiyməti 50 dollara düşə bilər – İDDİA
İran ilə Avropa ölkələri arasında nüvə proqramı üzrə son qərar müsbət olarsa bu halda, Texas markalı neftin qiyməti 50 dollara düşə bilər.
Oxu.Az xəbər verir ki, WTI markalı neftin qiymətinin kəskin aşağı düşməsi İranın bazara milyonlarla barel neft çıxarması ilə əlaqədar olaraq baş verəcək.
Ekspertlər isə bildirir ki, İranın satışa çıxarmaq üçün hazır olan 34 tankerdə 50 milyon bareldən çox nefti var.
Qeyd etdiyimiz kimi, iyunun 30-da İran ilə Avropa ölkələri arasında nüvə proqramı üzrə son qərar qəbul olunmalıdır.
Xatırladaq ki, hazırda WTI neftinin qiyməti bir barelə görə, 61,20 dollardır.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli