Argentinalı aşpazın “Şahdağ”da bişirdiyini neçəyə yemək olar... » AzNews.info -Xəbər portalı

Argentinalı aşpazın “Şahdağ”da bişirdiyini neçəyə yemək olar... – FOTO

Argentinalı aşpazın “Şahdağ”da bişirdiyini neçəyə yemək olar...

Yayda hər kəs is­ti­ra­hə­ti­ni plan­laş­dı­rır, ha­ra­da, ne­çə gün din­cə­lə bi­lə­cə­yi­ni he­sab­la­yır.

Bütün bu planlardan sonra əhalinin hətta orta təbəqəsi belə qonşu ölkələrə üz tutur. Səbəb kimi ölkədə fəaliyyət göstərən turizm məkanlarında qiymətlərin yüksək olması, xidmətin və əyləncənin qaneedici olmaması göstərilir.

Ölkənin turizm potensialını və bu sahədəki vəziyyəti qiymətləndirmək məqsədilə jurnalistlər üçün mövsümün ilk infoturu keçirilib. 30 jurnalistin cəlb olunduğu infoturun ilk məkanı Qusar rayonunda yerləşən “Şahdağ” turizm kompleksi olub.

Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən, 2058 hektar ərazisi olan bu məkana yay mövsümündə jurnalistlər ilk dəfə idi səfər edirdi. Adətən qış turizmi ilə yaddaşlara həkk olan “Şahdağ” turizm kompleksi tamamilə yeni bir simada idi. Göz oxşayan yaşıllıqlar, sərin küləkli dağ havası...

Amma təbii ki, təkcə bunlar yaxşı istirahət üçün kifayət etmir. Münasib qiymət və əyləncə əsas şərtidir.

“Şahdağ” turizm mərkəzinin direktor müavini Rüstəm Nəcəfov virtualaz.org saytına deyir ki, yay mövsümü üçün 14 cür əyləncə hazırlanıb. Bu əyləncə məkanları dəniz səviyyəsindən 1435 metr hündürlükdə yerləşən ərazidədir.

Məkana çatmaq üçün 984 metr uzunluğundakı kanat yolu ilə hərəkət etdik. “Zip-layn-asma”, “Peyntbol”, “Dəyənəklərlə gəzinti”, “Səmtləşmə”, Bobkart”, “Trotinettlər”, “Dağ velosipedi”, “Macəra parkı”, “Hava ilə doldurulmuş qəsr”, “Uşaq və böyüklər üçün kvadrosikllər”, “Seqvey mobil platforma”, “Atcılıq”... dünya turizm əyləncəsinin artıq ölkəmizə ayaq açmasından xəbər verirdi.

Bəs bu gözəllikləri görməyə nə mane olur, qiymətlərmi?

Mərkəzin satış və marketinq direktoru Elnarə Fərzəli deyir ki artıq bu əngəli də aradan qaldırmaq üçün addımlar atılır: “Hazırda bizdə 1 adam (səhər yeməyi, 2 saylı kanat yolu və 1 əyləncə daxil olmaqla) 60-65 manatdır. Bundan əlavə biz hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə danışıqlar aparırıq. Onlarla əməkdaşlıq qiymətlərə çox təsir göstərəcək. Bu, 50 faizə qədər ola bilər. Hətta bura əyləncə, məşhur Ləzə kəndinə gəzinti də daxil olacaq. Onu da deyim ki, bizim böyük tədbirlər, nişan və toy mərasimləri üçün açıq və qapalı məkanlarımız var ki, burda da güzəştli qiymətlər tətbiq etmişik. Orta hesabla 30-50 manatlıq menyular təqdim edə bilərik. Eyni zamanda yeni evlənənlər, qrup şəklində dincələnlər və pəhriz saxlayan müştərilərimiz üçün xüsusi fərdi paketlər və proqramlar hazırlanır”.

Beynəlxalq mətbəxin təqdimatı üçün ispan və argentinalı aşpazlarla çalışan “Şahdağ” turizm kompleksinin yaxın gələcək üçün hədəfi ərazidə yaradılan süni gölü istifadəyə verməkdir. Burada turistlər həm katamaran sürəcək, həm də çimib dağların əhatəsində günəş vannası qəbul edə biləcəklər.

Son göstəricilərə görə, qış turizminin 1791 metr uzunluğu olan sürüşmə zolağı ilə maraqlı təşkillinə nail olan mərkəzin əsas hədəfi yay turizmini də eyni səviyyəyə çatdırmaqdır. Bu məqsədlə ərazidə fəaliyyət göstərən 11 kanat yoluna 2351 metrlik yeni bir kanat yolu da əlavə olunacaq ki, bu da dağların mənzərəsinin füsunkar şəkildə təqdim edə biləcək.

Qeyd edək ki, gərgin iş rejimi ilə seçilən media nümayəndələri üçün gələcəkdə də belə turlar təşkil olunacaq. Layihənin rəhbəri Vüqar Quliyev deyir ki, bu turlar “Gəzək, görək, tanıdaq” devizi ilə təşkil olunacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *