Avropa Serbiyaya Azərbaycan qazını təklif edir
Belqrada səfər zamanı Energetika üzrə avrokomissar Maroş Şefoviç Serbiyanın RTS telekanalına verdiyi müsahibədə serbiyalı baş nazirin diqqətini Azərbaycandan qaz ala bilmə imkanına yönəldib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Azərbaycandan keçən qaz kəmərinin inşası barədə danışarkən, o qeyd edib ki, Aİ “Türk axını” layihəsinin kommersiya tərəfindən əmin deyil.
“Aİ Serbiyanı energetika ittifaqının yaradılması layihəsinin tərkib hissəsi kimi qəbul edir və bu ölkənin öz vətəndaşları və sənayesinə yetəcək qədər qaz və elektrik enerjisinə energetika təhlükəsizliyinə malik olmasından əmin olmaq istəyir”.
Mənbə:> Oxu.Az