Nazirlik: Azərbaycanda epizootik vəziyyət sabitdir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) iyunun 1-də aparılan monitorinqin nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, DBNX bildirir ki, götürülmüş nümunələrin müaynəsi iyunun 10-da başa çatıb və onların heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.
Xidmət bildirir ki, monitorinqin aparıldığı ərazilərdə, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və yaxud xəstəlikdən tələf olma hallarına təsadüf olunmayıb.
Xidmət onu da əlavə edir ki, növbəti monitorinq payız fəslində aparılacaq.
Qeyd edək ki, xidmət qeyd edir ki, hal-hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.
Mənbə:> Oxu.Az