İstehlak bazarında aparılan monitorinqin nəticələri açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İstehlak bazarında aparılan monitorinqin nəticələri açıqlandı

İstehlak bazarında aparılan monitorinqin nəticələri açıqlandı


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bu ilin may ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlayıb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, monitorinq ticarət şəbəkələrindən seçilmiş ümumilikdə 40 adda məhsullar arasında aparılıb. Yoxlanılan 24 məhsul yerli istehsal, 16 adda isə xarici istehsaldır.

Belə ki, yoxlanılan 5 adda çörək və makaron məmulatlarından 5-i, 3 adda ət məhsullarından isə 3-ü yerli məhsul olub. Bundan başqa, 12 adda süd məhsullarından 10-u yerli, 2-si isə xaricdə istehsal edilən məhsullar olub.

Bununla yanaşı, şəkərli qənnadı məmulatlardan 2 adda məhsul olub ki, bunun da hamısı xarici məhsullar olub. Yoxlamalar aparılan 2 adda alkoqolsuz içkilər arasında 2 adda xarici məhsul mövcud olub.

Həmçinin yoxlamalar zamanı 5 adda müxtəlif konservləşdirilmiş məhsullar arasında 5 adda xarici məhsul mövcuddur.

Məlumata görə, yoxlanılan məhsulların aparılan analizlərin nəticələri göstərir ki, 29 adda və ya 72,5% adda məhsulun analiz cavabları müsbət olub. 8 adda və ya 20% məhsulun analiz nəticələri mənfi çıxıb. 3 adda və ya 7,5% məhsulun nəticələri hazır deyil.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *