Azərbaycanlı milyarderin “Şahdəniz” yatağı üçün pula ehtiyacı var
Çernomorsk ticarət və inkişaf Bankı (ÇTİB) Azərbaycanda “Şahdəniz” qazkondensat yatağının Mərhələ-2 üzrə işlənməsi üçün LUKOİL-ın törəmə şirkəti LUKoil Overseas Shahdeniz Ltd-yə uzunmüddətli kredit verilişi imkanlarını nəzərdən keçirir
Oxu.Az bankın məlumatına istinadən xəbər verir ki, layihə iki dəniz platformasının inşasını, Sanqaçal terminalının və Gürcüstan ərazisindən keçərək Azərbaycandan Türkiyə sərhəddinə Qafqaz boru kəmərinin genişləndirilməsini nəzərdə tutur.
“Şahdəniz-2” layihəsi ətraf mühitə və insanlara neqativ təsir üzrə A kateqoriyasını alıb. Bu, risklərin və təsirin, eləcə də onların qarşısının səmərəli şəkildə alınması üçün layihənin işlənməsinin ilkin mərhələlərdə ətraf mühitə və cəmiyyətə təsirinin qiymətləndirilməsini tələb edir.
Dəyərləndirmə “Şahdəniz” layihəsinin operatoru BP şirkəti tərəfindən aparılıb. Aşağıdakı linkdə bu dəyərləndirmə ilə tanış olmaq olar:
Mənbə:> Oxu.Az