Əbülfəs Qarayev saziş imzaladı
Azərbaycan ilə Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb.
Oxu.Az xəbər verir ki, sazişi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev argentinalı həmkarı Enrique Meyer ilə imzalayıb.
Qeyd edək ki, Ə.Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.
Məlumat üçün bildiririk ki, 100-cü sessiya "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda keçirilib.
Mənbə:> Oxu.Az