Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
SOCAR-ın məlumatına görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1.62% və ya 1.03 dollar azalaraq 62.61 dollar olub.
Mənbə:> Oxu.Az