Neft kəskin ucuzlaşdı
Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, ABŞ-ın həftəlik neft ehtiyyatının artdığı barədə yaydığı xəbərlər neftin kəskin ucuzlaşmasına səbəb olub.
Axşam saatlarına olan məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 2,11% ucuzlaşaraq 57,1 dollar təşkil edib.
WTI markalı neft isə 4,33% ucuzlaşaraq 51,64 dollara satılıb.
Qeyd edək ki, ABŞ-ın kommersiya məqsədli neft ehtiyyatları martın 27-dən aprelin 3-nə qədər 10,9 milyon barrel artaraq 482,4 milyon barrel təşkil edib.
Bu, son 80 ilin rekordu hesab olunur.
Mənbə:> Oxu.Az