Bakıdakı yarmarkalar bağlandı
Bakıda şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını qarşılmaq məqsədilə hər həftə sonu paytaxtın müxtəlif rayonlarında təşkil olunan yarmarkalar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.
O deyib ki, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılır.
Qeyd edək ki, Bakıda mayın 8-dən Xətai, Nəsimi, Yasamal, Nərimanov, Gənclik, Səbail və Binəqədi rayonunda kənd təsərrüfatı yarmarkaları fəaliyyətini dayandırıb.
Mənbə:> Report.az