Azərbaycan fransızlarla birgə pendir istehsal edə bilər
Bu gün Kənd Təsərrüfatı (KTN) nazirinin müavini Seyfəddin Talıbov Fransanın Ukraynadakı Səfirliyinin Azərbaycan üzrə məsul regional kənd təsərrüfatı müşaviri Nikolya Perrəni ilə görüşüb.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Seyfəddin Talıbov son dövrlər ölkəmizdə aqrar sahədə baş verən köklü dəyişikliklər, xüsusilə elektron kənd təsərrüfatı sisteminin qurulması, toxum fondunun yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı barədə ətraflı məlumat vermiş, pendir və yağ istehsalı, süni mayalama sahələrində əməkdaşlığın proiritet sahə olduğunu bildirib.
Nikolya Perrəni Azərbaycanda olduğu dövrdə dövlətin aqrar sahəyə xüsusi diqqət verdiyinin şahidi olduğunu, Fransanın kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik olduğunu və bu təcrübədən istifadə olunduğunu, ölkəsinin şərabçılıq, ət, süd istehsalı, fitosanitariya, baytarlıq sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, gələcəkdə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirə olunmaq məqsədilə protokolu təqdim etmiş və hər iki ölkə arasında bu əlaqələrin daha genişlənməsinə öz səylərini əsirgəməyəcəyini bildirib.
Mənbə:> Oxu.Az