Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq » AzNews.info -Xəbər portalı

Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq – VİDEO

Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq


Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı, topdan və pərakəndə satış qiymətləri barədə elektron qaydada mütəmadi məlumat əldə etmək mümkün olacaq.

Bu prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Kənd təsərrüfatı ili” elan edilməsilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdan və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.

Ekspert Vahid Məhərrəmov deyir ki, əslində bir müddə əvvəl Dünya Bankınını dəstəyilə belə bir sayt fəaliyyət göstərirdi. Yerlərdən toplanmış məlumat burada mərkəzləşmiş qaydada istehlakçılara ötürülürdü. Lakin sonradan donor olmadığı üçün həmin sayt əhəmiyyətini itirdi.

Ekspertin sözlərinə görə, bununu reallaşması çox səmərəli ola bilər. Lakin faydalı olması üçün məhsulların qiymətləri barədə məlumatların portala fermerlər istehsalçılar, topdan satış və bazar sahibləri tərəfindən yerləşdirilməsi daha məqsədəuyğundur

"Belə olan halda yerlərdə fermerlər üçün istehsal qiymətinin istehlakçıya göstərmək imkanı yaranar. Özəl müəssisələr isə topdan satış qiymətini portalar vasitəsilə istehlakçıya çatdıra bilər. Digər bir tərəfdən də Azərbaycanda çoxlu bazarlar var. Bu bazarlarda malların çeşidi də müxtəlifdir. Eyni zamanda bu işi həm də bazar sahiblərinə həvalə etmək olar. Onlar da gündəlik olaraq satışda olan malın dəyərilə bağlı ətraflı informasiyanı istehlakçıya təqdim etsin”.

Ekspertin fikrincə, portalada məlumatların yerləşdirilməsinin hökümət qurumu tərəfindən həyata keçirilməsi maddi baxımdan da sərfəli deyil. Çünki, bunun üçün əlavə işçilər cəlb olunmalıdır. Amma yaradılacaq elektron informasiya sisteminin hansı formada olacağı, hansı məhsllar haqqında məlumatların yerləşdiriləcəyi hələ məlum deyil.

Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hələlik portalın yaradılması istiqamətində işlər aparılır.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *