Sahibkarlara xəbərdarlıq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Sahibkarlara xəbərdarlıq

Sahibkarlara xəbərdarlıq


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti topdan və pərakəndə ticarətlə məşğul olan sahibkarlara xəbərdarlıq edib.

Dövlət Xidmətindən ANS PRESS-ə bildirilib ki, satışda olan malın qiyməti barədə istehlakçılara zəruri və düzgün məlumatlar verilməlidir.

Bu cür məlumatların verilməməsi istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə hərəkətlərə yol verən sahibkarlar səkkiz yüz manatdan min manatadək miqdarda cərimə olunurlar.

Dövlət Komitəsindən sahibkarlara müraciətdə bildirilir ki, bu cərimələrə məruz qalmamaq üçün topdan və pərakəndə satışla məşğul olarkən aşağıdakıları yerinə yetirməlidirlər:

- satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş və arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və doldurulma tarixi olan qiymət kağızının qoyulmasını;

- adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilmiş malın üzərində isə mal vahidinin qiyməti (ədədin qiyməti) göstərilməklə, dəqiq tərtib edilmiş və arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və doldurulma tarixi olan qiymət kağızının qoyulmasını;

Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək mümkündür (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *