Borcumuz nədir, dövlət? » AzNews.info -Xəbər portalı

Borcumuz nədir, dövlət? – VİDEO

Borcumuz nədir, dövlət?


Neftin qiymətinin aşağı düşməsi əslində pis haldır. Amma bu faktın yaxşı tərəfi də var. Məsələn, iqtisadiyyatında daha çox neftin qiymətinə bel bağlayan dövlətlər yeni vəziyyətdə başqa imkanlar axtarırlar. Son bir həftənin kredit gurultusunu da müəyyən mənada neftin ucuzlaşması ilə bağlayıram. Ona görə ki, dövlət yeni şəraitdə öz təsərrüfatına necə deyərlər yenidən baxır, görsün ki, harda nəyi var, öz içində təftiş aparır.

Tutaq ki, ailədə iki işləyəndən biri gəlir gətirmir, ya da az gətirir. Bu zaman ailə üzvlərindən kimsə pulu gizlədərsə, bu ən azı sədaqətsizlikdir. Və bu gün ailə üzvlərindən bir neçəsinin dövlətə verməli olduğu məbləğ 1 milyard manata yaxındır. Borc qaytarılmalıdır, vəssəlam.

Burda anlaşılmayan bir şey yoxdur. Anlaşılmayan bilirsiniz nədir… Cəmil Həsənlinin çıxışı! O qəflətən, kreditə görə saxlanılanların hüquqlarını qoruyacağını bəyan edib.

Paho! Bəs axı professor hələ dünənədək talana son deyirdi! Dövlət də bu saat elə onun istədiyini edir axı. Dövlətdən külli miqdarda borc alıb qaytarmayanları tənbeh edir. Bu vaxt Cəmil Həsənli dövlətin yanında olmalı deyildi? Borclulara gəlincə isə məgər bilmirdilər ki, bir gün deyəcəklər yediyini qaytar və bu o qədər də xoşagələn prosedur olmayacaq!

Baş verənləri iş adamlarına təzyiq kimi yozmaq istəyən fürsətcillərə prezident əla cavab verdi:

“Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara öz siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *