Rusiya büdcəyə dəyişiklik edir
Dünya bazarında neftin sürətlə ucuzlaşması Rusiyanı 2015-ci dövlət büdcəsində dəyişiklik etmək məcburiyyətində qoyub.
ANS PRESS-in məlumatına görə, Rusiya energetika naziri Aleksandr Novak verdiyi açıqlamada bildirib ki, büdcədə neftin qiyməti 96 dollardan ucuz hesablanacaq.
Onun sözlərinə görə, neftin ucuzlaşması büdcənin icrasına təsir etməyəcək: "Neftin büdcədə nəzərdə tutulmuş indiki qiyməti Ehtiyat Fonduna köçürmələrə təsir edə bilər. Neftin qiyməti 2015-ci ildə ucuz olsa, bu vəsaitlər Ehtiyat Fonduna yönəldilməyəcək".
Rusiyalı nazir neftin qiymətinin ixracçı ölkələr üçün komfortlu səviyyəyə yüksələcəyini gözləyir. Onun fikrincə, belə səviyyə bir barrel üçün 85-90 dollardır.
Mənbə:> ANSPRESS