İlham Əliyev iş adamlarına olan yeganə tələbini açıqladı » AzNews.info -Xəbər portalı

İlham Əliyev iş adamlarına olan yeganə tələbini açıqladı

İlham Əliyev iş adamlarına olan yeganə tələbini açıqladı


Azərbaycanda biznes mühiti də çox müsbətdir. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm.

İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır.

AzNews,info AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Vyetnam biznes forumunda bildirib.

Prezident qeyd edib ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir.

“Müstəqillik dövründə ölkəmizə 200 milyard dollardan çox sərmayə qoyulub. Təkcə keçən il 27 milyard dollar investisiya yatırılıb. Bu, onu göstərir ki, həm xarici, həm də yerli investorlar ölkəmizə, onun gələcəyinə inanırlar”, - deyə, İ.Əliyev vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır.

“Əlbəttə ki, neft-qaz sektoru bizim iqtisadi inkişafımız üçün birinci mərhələdə həlledici rol oynamışdır. Ancaq hazırda ümumi daxili məhsulumuzun təxminən 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu da onu göstərir ki, iqtisadi şaxələndirmə artıq Azərbaycanda reallıqdır”, - deyə, dövlət başçısı vurğulayıb.

Prezident çıxışı zamanı bir daha vurğulayıb ki, müstəqillik dövründə Azərbaycan böyük və şərəfli yol keçmişdir:

“Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaqdır”.

Sonda dövlət başçısı bəyan edib ki, Azərbaycan hökumətinin gələcək planlarımızla bağlı kifayət qədər geniş və məzmunlu yanaşması var:

“Biz ölkəmizin inkişafı üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. İqtisadi inkişafımız dayanıqlı, çoxşaxəli olacaq və beləliklə, insanların rifah halı yaxşılaşacaqdır”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *