Azərbaycanda MDB-də ilkə imza atdı » AzNews.info -Xəbər portalı

Azərbaycanda MDB-də ilkə imza atdı

Azərbaycanda MDB-də ilkə imza atdı


“MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilib”. ANS PRESS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident İlham Əliyev keçən il nəqliyyatla bağlı işlərin uğurla icra edildiyni bildirib: “Ələtdə yeni dəniz ticarət limanının tikintisi bu il də davam etdiriləcək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır. İndi artıq sınaqlar keçirilir. Azərbaycan tərəfindən bütün işlər demək olar ki, görülüb. Ümid edirəm ki, bütün başqa sahələrdə tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin açılışını qeyd edəcəyik.
Bu da tarixi layihədir. Uzun illər bu layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq reallaşmağa başlayıb”.

Dövlət başçısı nəqliyyatla bağlı digər layihələrin də icra edildiyini vurğulayıb: “Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boeing-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilib. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınıb. Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilib. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcək”.

“Xəzər Gəmiçiliyi ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən önəmli hal ondan ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları üçün sifarişlər verilib, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcək. Eyni zamanda, bizim bütün digər gəmilər - tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük ki, gəmilərin - tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq. “Şahdəniz”lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə xidmət göstərə bilər. Mən Xəzər Sammitində öz həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik. Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir”, deyə prezident İlham Əliyev sözlərinə əlavə edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *