İran Fars körfəzində yeni neft ehtiyatı aşkarladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarladı

İran Fars körfəzində yeni neft ehtiyatı aşkarladı

İran Fars körfəzində yeni neft ehtiyatı aşkar edib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, bunu ölkənin neft naziri Bijən Namidar Zəncənə deyib.

O, Fars körfəzindəki Minu adasında aparılan qazma əməliyyatları nəticəsində yüksək keyfiyyətli neft aşkar olunduğunu deyib.

Abadan bölgəsində ilk dəfə neft aşkar edildiyini deyən nazir “qara qızıl”ın çox yüngül və az kükürdlü olduğunu bildirib. Kəşf edilən neftin həcminin təyin olunması üçün quyuda qazma işləri davam etdirilir.

İran Milli Neft Şirkətinin məlumatına görə, ölkənin təxminən 155 milyard barel xam neft ehtiyatı var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *