Şərqi Azərbaycanda onlarla yeni neft-qaz yatağı aşkarlandı
İran ölkə ərazisində 40-a yaxın yeni neft-qaz yatağının aşkar olunduğunu və yaxın vaxtlarda onların mənimsənilməsinə başlanacağını bəyan edib.
TASS xəbər verir ki, bunu çərşənbə axşamı İran Milli Neft Şirkətinin Yataqların Kəşfiyyatı Departamentinin rəhbəri Salef Hendi deyib.
"İlkin araşdırmalarımız göstərir ki, neft və qaz yataqları Şərqi Azərbaycan əyalətinin Bostanabad və Miyanə rayonlarında tapıla bilər. Tezliklə biz bu rayonlarda daha detallı şəkildə tədqiqatlara başlayacağıq", - deyə o, Tehranda jurnalistlərə bildirib.
Bundan əlavə, Ərdəbil əyalətində Moqan perspektivli rayonu aşkar olunub ki, orada karbohidrogenin sınaq hasilatı həyata keçirilir. Həmçinin İran mütəxəssisləri Oman körfəzində 800 metr dərinlikdə qaz yatağı aşkar ediblər.
Mənbə:> TASS