İsrail Holan yüksəkliklərində neft tapıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İsrail Holan yüksəkliklərində neft tapıb

İsrail Holan yüksəkliklərində neft tapıb


Afek Oil&Gas şirkəti üç kəşfiyyat qazma işləri nəticəsində Holan yüksəkliklərində böyük neft ehtiyatlarını aşkar edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti Globes nəşrinə istinadən xəbər verib.

Qeyd edildiyi kimi tapıntının potensialı milyard barel neftdir, bu, İsrailin tələbatını ödəyə biləcək.

Dövlət gün ərzində 270 min barel neft istehlak edir.

“Tapdığımız neft tərkibli üfüq 350 metr qalınlığındadır. Dünyada plastların dərinliyi ümumilikdə 20-30 metrə çatır, bu, on dəfə qalındır, deməli söhbət bu yataqda yetərincə böyük neft ehtiyatından gedir”, - Afekin baş geoloqu Yuval Bartov bildirib.

Hal-hazırda şirkətin mütəxəssisləri neftin hasil edilməsinin nə qədər yüksək olmasını aydınlaşdırmalıdırlar. Neftin qiymətinin ucuz olduğu zamanda “qara qızılın” hasilatı böyük məsrəflər tələb etməyəcək.

Genie Energy-nin nəzarətində olan Afek Oil&Gas şirkəti fevralın 19-da Holan yüksəkliklərində ilk kəşfiyyat-axtarış qazma işlərinə başlayıb. Şirkətə 10 quyunun qazılması üçün üç illik lisenziya verilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *