Mobil rabitə operatorları 700 milyon manatdan çox gəlir əldə ediblər
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1530,3 milyon manatlıq xidmət göstərilib.
Trend-in məlumatına görə, göstərilən xidmətin 72,8 faizi əhali tərəfindən istehlak olunub. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 46,9 faizi və ya 718,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Mənbə:> Trend