Mobil operatorların qazancı açıqlandı
Bu ilin ötən 9 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 216,6 mln. manatlıq xidmət göstərib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun da 72,7%-i əhali sektoruna aid olub.
Komitədən bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.
Bundan başqa, komitədən qeyd edilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 54%-i və ya 657,5 mln. manatı mobil telefon rabitəsindən yaranıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli