Mobil operatorların gəlirləri azalıb » AzNews.info -Xəbər portalı

Mobil operatorların gəlirləri azalıb

Mobil operatorların gəlirləri azalıb


2017-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 676,2 mln. manatlıq xidmət göstərib ki, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,3%-i və ya 326,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xatırladaq ki, aprel ayında rabitə xidmətlərindən əldə edilən gəlirin 48,3 faizi və ya 256,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı. Ötən ilin sonuna isə bu faiz nisbəti 51,2 faiz təşkil edirdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *