Azərbaycandan Avropaya yeni reyslər açılır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycandan Avropaya yeni reyslər açılır

Azərbaycandan Avropaya yeni reyslər açılır


Azərbaycandan bir sıra istiqamətlərə mütəmadi reyslər açılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, reyslərin açılması istiqamətində Asiya istiqamətində danışıqlar yekunlaşmaqdadır:

“Hindistan istiqamətində reyslərin açılması planlaşdırılır. Almaniya, İsveç, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Məqsəd turistlərin Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir”.

Kənan Quluzadə qeyd edib ki, hazırda 10-dan çox bazarda marketinq işləri aparılır:

“İlin sonundan başlayaraq bu istiqamətdə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. İlk nümayəndəliyin Rusiyada açılacağı gözlənilir. Nəticədə, orada Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq.

Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Eyni zamanda, Azərbaycanı təbliğ etmək və ölkəmizə turistlərin gəlməsinə şərait yaradacaq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *