Azərbaycandan Monteneqroya birbaşa reyslər açılır
Azərbaycandan Monteneqroya birbaşa reyslər açılacaq. Bu barədə virtualaz.org-a Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.
Məlumata görə, bu il iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays tərəfindən Tivata şəhərinə çarter reysləri təşkil ediləcək.
Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.
Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Xatırladaq ki, Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.
Mənbə:> Virtualaz.org