Azərbaycanla Aİ arasında vizasız rejim tətbiq oluna bilər
Biz viza liberalizasiyası imkanını bütün tərəfdaşlara təqdim edirik. Bundan başqa, bizim Ermənistan və Azərbaycanla münasibətdə müəyyən irəliləyişimiz var.
Oxu.Az xəbər verir ki, bu barədə Latviyanın XİN başçısı Edqars Rinkeviçs “Kommersant” qəzetinə müsahibəsində deyib.
“Biz Belarusla viza rejiminin liberallaşdırılması deyil, sadələşdirilməsi barədə danışırıq, lakin hüquqi mətnlər hələ hazır deyil. Əgər Ermənistan və Azərbaycan istəsələr və bütün kriteriyalar yerinə yetirilsə, o zaman mən onlara bu cür imkanın verilməməsi üçün heç bir əsas görmürəm. Biz axı Moldova ilə vizasız rejim tətbiq etmişik”, - o qeyd edib.
Mənbə:> Oxu.Az