Rusiyadan Azərbaycan istiqamətində reyslər ləğv edildi
“Domodedovo” aeroportundan Moskva-Qəbələ və Moskva-Gəncə istiqamətində aviareyslər ləğv edilib, cümə günü aeroportun saytında məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, VİM-AVİA aviaşirkətinin təyyarəsi “Domodedovo” aeroportundan Qəbələyə yanvar ayının 15-də yerli vaxtla 09:30-da, “Ural hava yolları”nın təyyarsi isə 09:50-də Gəncəyə uçmalı idi.
Reyslərin ləğv edilməsinin səbəbləri müəyyənləşdirilmir, amma son bir neçə gün ərzində Moskvada əlverişisz hava şəraiti səbəbindən 50 aviareys təxirə salınıb.
Mənbə:> Oxu.Az