“Ukrayna Hava Yolları” ləğv edilir
Ukrayna İnfrastruktur Nazirliyi “Ukrayna Hava Yolları”nın ləğv edilməsi üçün komissiya yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə müvafiq qərar “Ukraynanın səsi” qəzetində yerləşdirilib.
Məlumata əsasən, kreditorlar iki ay ərzində iddia ərizələrini verə bilərlər.
Qeyd edək ki, şirkətin 100 faiz səhmlərinin sahibi Ukrayna İnfrastruktur Nazirliyi simasında dövlətdir.
Mənbə:> Oxu.Az