Neft iki günə 5% ucuzlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Neft iki günə 5% ucuzlaşdı

Neft iki günə 5% ucuzlaşdı

Neftin qiyməti son iki gündə 5 faizədək ucuzlaşıb.

Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanının enerji nazirlərinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrinin (OPEC+) neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə istehsal kvotasını yumşaldacaqlarına dair bəyanatları dünya birjalarında “qara qızıl”ın qiymətinin son 2 gündə 5 faizədək ucuzlaşmasına səbəb olub. Neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri də ABŞ-dakı aktiv neft quyularının sayının rekord göstəriciyə – 859-a çatmasıdır.

Ekspertlər mayın 17-də “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları, “Light” neftinin qiymətinin isə son 4 ilin maksimumuna çataraq 72 dollar/barreli ötməsinə əsasən geosiyası proseslərin, konkret olaraq ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarının, eləcə də bu qərardan sonra neft bazarında tədarükə dair narahatlığın artmasının təsir göstərdiyi qənaətindədirlər. Lakin bu həftənin əvvəlində, mayın 22-də “Brent” qiyməti yenidən 80 dollar/barreli, “Light”ın qiyməti isə 72 dollar/barreli ötdü. “Qara qızıl”ın qiymətindəki bu sıçrayışa səbəb isə mayın 24-də işə başlayan Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı enerji nəhəngi ölkələrin nazirlərinin müxtəlif fikirlər səsləndirəcəklərinə dair versiyaların irəli sürülməsi oldu. Ancaq forum çərçivəsində verilən bəyanatlar onu göstərdi ki, neft hasilatçısı ölkələr bazarda daha çox ədalətli qiymətin tərəfdarıdırlar və süni qiymət artımının davamlılığı yoxdur. “Qara qızıl”ın qiymətinin 60-70 dollar/barrel səviyyəsində olması həm istehsalçı, həm də istehlakçı ölkələri qane edir.

Qeyd edək ki, hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 76,44 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 67,88 dollara alıcı axtarır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *