“Qara qızıl”ın qiyməti yenə qalxdı
Neftin dünya bazarlarında qiyməti yenidən qalxıb.
ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində dəyişiklik qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.14 dollar (0.23%) artaraq 61.15 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.12 dollar (0.19%) qalxaraq 64.57 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb
Mənbə:> ANSPRESS