ABA: “Banklarda dollar satışı ilə bağlı problem yoxdur” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

ABA: “Banklarda dollar satışı ilə bağlı problem yoxdur”

ABA: “Banklarda dollar satışı ilə bağlı problem yoxdur”

Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər yerli kommersiya banklarında ABŞ dollarının satışına məhdudiyyət qoyulması, bəzi bankların dollar satmaqdan imtina etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fikirlərə reaksiya verib.

Qurumun sədri Zakir Nuriyev “Report”a açıqlamasında bildirib ki, banklarda dollar satışı ilə bağlı hər hansı problem yoxdur.

“Banklar dollar satışını adi qaydada həyata keçirir. Bununla bağlı hər hansı narahatlıq mövcud deyil. Azərbaycan Mərkəzi Bankı keçirdiyi hərraclarda bankları kifayət qədər valyuta ilə təmin edir. Sabah da hərrac olacaq və banklara lazımi qədər dollar veriləcək. Hər kəs qanuna uyğun olaraq, yəni 500 dollara qədər şəxsiyyət vəsiqəsiz, 500 dollardan çox isə şəxsiyyət vəsiqəsi ilə dollarla təmin olunur. Ola bilsin ki, bəzən bank filiallarında dollar satışına müvəqqəti fasilə verilsin. Bu da nahar fasiləsi və yaxud texniki problemlərlə bağlı ola bilər. Amma ümumilikdə banklarda dollar qıtlığı yoxdur”, - deyə o, qeyd edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *