Bəzi banklar dollar satışını dayandırdı
AzNews.info Report-a istinadən xəbər verir ki, buna səbəb dollara olan cari tələbatın kəskin artmasıdır.
Bununla yanaşı, bəzi bankların rəhbərliyi qlobal bazarlardakı vəziyyəti izləyir, gözləmə mövqeyindən çıxış edir və proseslərə daha ehtiyatla yanaşmağa başlayıb.
“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, nağd dollar satışını dayandıranlar arasında “Bank of Baku”, “Kapital Bank”, “Zaminbank”, “Kredobank” və s. bankların filialları var.
Bir sıra digər kommersiya banklarında satış davam etdirilsə də, bu, limitlə həyata keçirilir.
Mənbə:> Report