Dollar satışına məhdudiyyət qoyulub? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dollar satışına məhdudiyyət qoyulub?

Dollar satışına məhdudiyyət qoyulub?

Son iki həftədə dolların rəsmi məzənnəsinin yüksəlməsi ilə bu valyutaya yaranmış tələb bu gün, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması qərarının ardından daha da kəskinləşib.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, dünya bazarında möhkəmlənən dollar Azərbaycanın valyuta bazarında da özünü hiss etdirib.

Bir sıra kommersiya banklarında artıq nağd dollar satışına məhdudiyyət tətbiq olunub. Bu məbləğ müxtəlif bankarda fərqlidir (bir müştəriyə 2-10 min dollar).

Bankların hüquqi və fiziki şəxs olan müştərilərinin də nağdsız dollar tələbatı əhəmiyyətli şəkildə artıb. Kommersiya bankları dolların möhkəmlənmə tendensiyasına girməsi nəticəsində yaranmış valyuta qıtlığı səbəbindən şirkətlərin valyuta ehtiyaclarını qarşılaya bilmir. Buna səbəb bankların valyuta mövqelərini pozmaq istəməməsi ilə bağlıdır.

Qeyd edək ki, səhər saatlarında nağd valyuta bazarında dolların satış məzənnəsi 1,58 AZN/USD olsa da, artıq 1,59 AZN/USD-yə yüksəlib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5332 AZN/USD təşkil edir. Bu da AMB-nin qaydalarına əsasən, kommersiya banklarına dolları rəsmi məzənnədən 4% fərqlə satmağa imkan verir. Yəni, bu günə dolların maksimal satış məzənnəsi 1,5945 AZN/USD ola bilər.

“Report” analitik qrupu dolların iyunun 27-nə rəsmi məzənnəsinin kəskin artacağını istisna etmir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *