Azərbaycan Mərkəzi Bankı ölkə banklarına xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı ölkə banklarına xəbərdarlıq etdi

Azərbaycan Mərkəzi Bankı ölkə banklarına xəbərdarlıq etdi

Dolların maksimal satış məzənnəsi müəyyənləşdirildi.

Azərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajioatjı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib.

“Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı.

Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsi 1,055 həddində götürülsün“, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *