Banklar dollar satışını bir az da məhdudlaşdırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Banklar dollar satışını bir az da məhdudlaşdırdı – SİYAHI

Banklar dollar satışını bir az da məhdudlaşdırdı


Xəbər verdiyimiz kimi, dolların bahalaşması banklarda valyutanın 300-500 dollar arası limitlə satılmasına gətirib çıxarıb. Banklar valyuta qıtlığının səbəbini hərracdan ehtiyac olduğu qədər xarici valyuta ala bilməmələri ilə izah edirlər. Mərkəzi Bank isə kommersiya banklarının valyuta tələblərini hərraclar vasitəsilə ödəyə bilmədikdə, əlavə olaraq banklararası valyuta bazarına müraciət etməyi tövsiyə edir.

Oxu.Az xəbər verir ki, fins.az-ın araşdırmalarına görə, hazırda bəzi banklar, ümumiyyətlə, valyuta satışını dayandırıblar. Bir qism isə limiti 100 dollara qədər azaldıb.

Dollar satışını dayandıran və ya limiti minimallaşdıran banklar aşağıdakılardır:

“Bank Respublika” - 100 dollardan yüksək valyutanın alış və satışını həyata keçirmir.
“Bank Silk Vey” – kartlar üzrə dollar əməliyyatları davam etsə də, valyuta alış-satışını tamamilə dayandırıb.
“Bank Standard” - nağd dollar satışını dayandırıb.
“Bank VTB (Azərbaycan)” - nağd dollar satışını dayandırıb.
“Caspian Development Bank” - dollar satışını 200 dollar limitlə davam etdirir.
“Expressbank” - valyutanın satışına limit tətbiq edilməsə də, müştərinin nə qədər həcmdə dollar alması kassadakı məbləğdən asılıdır. Yəni kassada 1000 dollar qalıbsa, müştəri 1000 dollar, 10 dollar qalıbsa, 10 dollar alacaq.
“Kapital Bank” – istənilən həcmdə dollar alışını aparsa da, dollar satışına 100 dollar limit tətbiq edir.
“Muğanbank” – dollar satışını dayandırıb.
“Accessbank” - konvertasiyanı 300 dollara qədər limitlə aparır.
“AFB Bank” – dollar satışını dayandırıb.
“AGBank” - 100 dollardan yüksək məbləğdə valyuta satmır.
“Amrahbank” – dollar satışı maksimum 200 dollar təşkil edir.
“Atabank” – bu bankda da dolların satışı kassadakı balansdan asılıdır. Limit isə 300 dollardır.
“Bank of Baku” – bu bankdan 300 dollar limitlə şəxsiyyət vəsiqəsi təqdim etməklə dollar almaq mümkündür.
“Turanbank” – 100 dollar limitlə dollar satır.
“PAŞA Bank” – ancaq bankın müştərilərinə dollar satır. Bu zaman limit tətbiq etmir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *