Dollar satışı məhdudlaşdırılır – Mərkəzi Bankdan yeni tələb
Son günlər kommersiya banklarının dollar satışına tətbiq etdiyi məhdudiyyətlər cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Ölkəyə daxil olan xarici valyuta kütləsinin azalması, Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının azalması da dollara olan təlabatı artırır.
Cebhe.info-ya daxil olan məlumata görə, bankların dollar satışına qoyduğu məhdudiyyət Mərkəzi Bankın tələbidir. Məlumatda həmçinin qeyd edilir ki, bu tələbi pozan bankların ciddi şəkildə cəzalandırılacağına dair xəbərdarlıq edilib.
Valyuta mübadiləsilə məşğul olan bankların hər birinə dollar satışı haqqında maksimum hədd göstərilib və bu həddin aşılmamasına ciddi nəzarət olunur. Kommersiya banklarında dollar alqı–satqısında tətbiq olunan 4 faizli marjanın aşağı salınması da bununla əlaqəlidir. Hal-hazırda valyuta bazarında gedən proseslər manata qarşı təzyiqləri artırır və ekspertlərində verdiyi şərhlərdən məlum olur ki, belə davam edərsə, cari ilin sonuna qədər manat daha da ucuzlaşacaq.
Mənbə:> Cebhe.info