Maliyyə Palatasından bəzi banklara XƏBƏRDARLIQ » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Maliyyə Palatasından bəzi banklara XƏBƏRDARLIQ

Maliyyə Palatasından bəzi banklara XƏBƏRDARLIQ


Maliyyə Bazarlarına Nəzarəti Palatası dollar satışını süni surətdə dayandıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib.

AzNews.info xəbər verir ki, Fins.az-ın bank mənbələrindən əldə etdiyi məlumata görə, iyunun 25-də Maliyyə Bazarlarına Nəzarət Palatası bankların dollar satışını dayandırması ilə bağlı monitorinq keçirib.

Nəticədə valyuta satışına süni şəkildə maneə yaradan banklar cəzalandırılıb. Bundan sonra bütün banklarda dollar satışı bərpa edilib.

Bank mütəxəssisləri hesab edirlər ki, dolların satışının dayandırılması Mərkəzi Bankın qərarının açıqlanmaması ilə bağlıdır.

“Britaniyada funtun dəyərdən düşməsi dolların möhkəmlənməsinə səbəb olub. Lakin bununla bağlı Mərkəzi Bank hələ də konkret açıqlama verməyib. Ona görə də banklar ehtiyatlı davranmağa məcbur olurlar”.

Bundan əlavə, banklarda devalvasiyanın sürətlənməsi ilə bağlı gözləntilər də var. Belə ki, ötən həftə Britaniya funt sterliqi 10% ucuzlaşıb.

Qarşıdakı günlərdə isə daha 5% ucuzlaşması gözlənilir. Bütün bu amillər banklarda dolların rəsmi məzənnədən artıq satılmasına səbəb olub. Bu gün 1 dollar 1,59 manata dəyişdirilir.

Mütəxəssislər həftə ərzində Mərkəzi Bankın məzənnəni bir qədər də artıracağını proqnozlaşdırırlar.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *