Dollar satışını dayandıran banklar
Bu gün daha 1 bank dollar satışına limit tətbiq etməyə başlayıb. Dünən valyuta satışını dayandıran “Azər-Türk Bank” bu gün satışı bərpa edib.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu gün “Accessbank” 1000 dollara qədər valyuta satır.
“Pakistan Milli Bank”ın Bakı filialı isə bu gün də xarici valyuta satışından imtina edib. Amma bank rəsmiləri dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.
Xatırladaq ki, ötən həftənin son iş günü “Ekspresbank” dollar satışını dayandırmışdı. Artıq dünəndən bu bank 500 dollarlıq limitlə valyuta satışını bərpa edib.
“Bank VTB (Azərbaycan)” və “Naxçıvanbank” dollar satışını dayandırıb. “PAŞA Bank” da xarici valyuta satışını dayandırıb. Bank ancaq öz müştərilərinə 500 dollarlıq limitlə satır.
“Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir. Beləliklə, dollar satmayan bankların sayı 4-ə düşüb.
Mənbə:> Fins.az