Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı bütün notları sata bilməyib
Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100466S dövlət qeydiyyat nömrəli, 350 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 14 investor qiyməti 98,8472 manat (14,99%) - 99,075 manat (12%) olan 16 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 348 338 800 manat olub. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 98,9009 manat (14,29%) müəyyən edilib.
Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 mln. manat təşkil edib. Notların ödəmə tarixi 24 yanvar 2018-ci ildir.
Mənbə:> Report