Ukraynada Azərbaycan Ticarət Evi nə vaxt açılacaq? – NAZİRDƏN AÇIQLAMA
Ukraynada Azərbaycan Ticarət Evi ilin sonunadək açıla bilər.
Virtualaz.org bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Ukrayna işgüzar görüşündə deyib.
Nazir bildirib ki, ticarət evi artıq Ukraynada dövlət qeydiyyatından keçib: "Hazırda məkanın seçimi aparılır. Düşünürəm ki, ticarət evi ilin sonunadək və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər".
Ş.Mustafayev əlavə edib ki, Azərbaycanda 116 Ukrayna şirkəti fəaliyyət göstərir.
Mənbə:> virtualaz.org