Nazir: Azərbaycanın infrastrukturundan İranda istifadə edə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Nazir: Azərbaycanın infrastrukturundan İranda istifadə edə bilər

Nazir: Azərbaycanın infrastrukturundan İranda istifadə edə bilər


Ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən, Biləsuvar və Astara sərhəd-keçid məntəqələri 24 saat fasiləsiz iş rejiminə keçəcək.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat və sənaye naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Gilan vilayətinin valisi Məhəmmədəli Nəcəfi ilə görüşündə bildirib.

Həmçinin nazir bildirib ki, Qazaxıstanın Aktau şəhərində inşa olunan logistik mərkəzdən İran tərəfi də istifadə edə bilər.

Öz növbəsində, M.Nəcəfli bildirib ki, Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

M.Nəcəfi qeyd edib ki, Ənzəli limanı və Gilanda yerləşən Azad Ticarət və Sənaye Zonası Azərbaycan və İran tərəfindən üçüncü ölkələrə kənd təsərrüfatı məhsullarının ixracına geniş imkanlar yaradır.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının növbəti – 10-cu iclasının bu ilin dekabrında İranda keçiriləcəyi qeyd edilib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *