Azərbaycan və İran işçi qrupu yaradır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan və İran işçi qrupu yaradır – FOTO

Azərbaycan və İran işçi qrupu yaradır


Avqustun 3-4 də iqtisadiyyat və sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da İranda səfərdə olub.

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti İranın Prezidenti Həsən Ruhani və müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirib.

QSC sədri Cavid Qurbanov İranın yol və şəhərsalma naziri Abbas Əhməd Axundi və nazir müavini-İİR-ın Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi ilə ikitərəfli görüşlər keçirib, İran Dəmir Yolunun dispetçer mərkəzində hərəkətin idarə edilməsi ilə tanış olub.

Keçirilən görüşlərdə hər iki ölkə üçün bu layihənin əhəmiyyəti vurğulanıb, "Şimal-Cənub" dəmir yolu layihəsi üzrə işçi qrupu yaradılması qərara alınıb.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanılıb.

Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” Saziş»ə qoşulub.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

“Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək”-deyə, N. Əzməmmədov bildirib.

Azərbaycan və İran işçi qrupu yaradır
Azərbaycan və İran işçi qrupu yaradır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *